Seninem.Az > Siyasət / Manşet Yuxarı / Manşet Sağ > Məmur və deputatlara xaricdə istirahət etmək QADAĞAN EDİLDİ

Məmur və deputatlara xaricdə istirahət etmək QADAĞAN EDİLDİ


Tarix: 24-01-2023, 10:04. Müəllif: admin2
Məmur və deputatlara xaricdə istirahət etmək QADAĞAN EDİLDİ

Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi şəxslərin səfərbərlik və hərbi vəziyyət dövründə dövlətin ehtiyacları ilə bağlı olmayan digər məqsədlər üçün xaricə səfərlərini qadağan edən qərarı təsdiqləyib.

Bu barədə Ukrayna Prezidenti videomüraciətində deyib.

O bildirib ki, qadağa hüquq-mühafizə orqanlarının əməkdaşlarına, deputatlara, prokurorlara və dövlət üçün işləyən bütün şəxslərə şamil edilir.

“İndi dincəlmək istəsələr, dövlət qulluğundan kənarda dincələcəklər. Məmurlar bundan sonra məzuniyyət və ya başqa qeyri-dövlət məqsədləri üçün xaricə səfər edə bilməyəcəklər”, – Zelenski deyib.

Mətbuatda yayılan məlumata görə, İspaniyada istirahət etdiyi üçün tənqidlərə məruz qalan baş prokurorun müavini Oleksiy Simonenko istefa verib.


скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt