Seninem.Az > Siyasət / Manşet Yuxarı / Manşet Sağ > Prezident xanımı və qızı ilə Şəkiyə getdi - YENİLƏNDİ
Prezident xanımı və qızı ilə Şəkiyə getdi - YENİLƏNDİTarix: 2-12-2022, 14:32. Müəllif: admin2 |
Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən Şəki Xan məscidi-qəbiristanlıq kompleksində aparılmış bərpa işləri ilə tanış olublar. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də Şəkinin Orta Zəyzid kəndində “Green Factory” Məhdud Məsuliyyətli Cəmiyyətinin quru meyvə istehsalı müəssisəsində yaradılan şəraitlə tanış olublar. *** Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə tanış olublar. Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib. *** Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də Şəki rayonuna səfər ediblər. Dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Ümummilli Lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Geri Qayıt |