Seninem.Az > Siyasət / Manşet Yuxarı / Manşet Sağ > Əli Əsədovdan mühüm DƏYİŞİKLİK
Əli Əsədovdan mühüm DƏYİŞİKLİKTarix: 6-10-2022, 14:28. Müəllif: admin2 |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi Komissiyasının adı dəyişib. Bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi Komissiyası haqqında” qərara etdiyi dəyişiklikdə əksini tapıb. Qərara əsasən, komissiya bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası adlandırılacaq. Eyni zamanda qərarla Komissiyanın tərkibi yeni redaksiyada təsdiq edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyasının tərkibi aşağıdakı kimidir: Komissiyanın sədri Şahin Mustafayev - Azərbaycan Respublikası Baş nazirinin müavini Komissiyanın üzvləri: Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini Azərbaycan Respublikası fövqəladə hallar nazirinin birinci müavini Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının rəhbəri. Geri Qayıt |