Seninem.Az > Siyasət / Manşet Yuxarı / Manşet Sağ > "Türk Hava Yolları"nın təyyarəsi tüstü sensoruna görə Bakı aeroportuna eniş etdi
"Türk Hava Yolları"nın təyyarəsi tüstü sensoruna görə Bakı aeroportuna eniş etdiTarix: 13-08-2022, 10:24. Müəllif: admin2 |
"Türk Hava Yolları" aviaşirkətinə məxsus THY4055 Bişkek-Antalya reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etməyi tələb edib. Bu barədə Manset.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, "Boeing B737" təyyarəsinin plandankənar enməsinə baqaj bölməsində işləyən tüstü sensoru səbəb olub. Təyyarə saat 09:18-də Bakı hava limanında uğurlu eniş edib. Hazırda təyyarəyə hava limanının texniki heyəti tərəfindən baxış keçirilir. Geri Qayıt |