Seninem.Az > Siyasət / Manşet Yuxarı > Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb
Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşübTarix: 8-06-2022, 21:43. Müəllif: admin |
Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə "Efes-2022" beynəlxalq təlimini izləmək üçün qardaş ölkədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 8-də İzmir şəhərində türkiyəli həmkarı ilə görüşüb. Leqal.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, keçirilən birgə təlimlərdə hərbçilərimizin qazandığı təcrübənin əhəmiyyəti qeyd olunub. Geri Qayıt |