Seninem.Az > Siyasət / Manşet Yuxarı > Belarusun Baş naziri Azərbaycana gəlib

Belarusun Baş naziri Azərbaycana gəlib


Tarix: 18-05-2022, 12:30. Müəllif: admin
Belarusun Baş naziri Roman Qolovçenko Azərbaycana səfərə gəlib.

Leqal.info xəbər verir ki, onu Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov qarşılayıb.

R.Qolovçenko Azərbaycanın Baş naziri Əli Əsədov və digər rəsmi şəxslərlə görüşəcək.

Hökumət başçısı Gəncə Avtomobil Zavoduna, “Caspian Agro” və “Inter Food” beynəlxalq sərgilərinə, eləcə də “İqlim” istehsalat müəssisəsinə baş çəkəcək.

Bundan başqa, səfər çərçivəsində Azərbaycan və Belarusun biznes dairələrinin işgüzar görüşü də nəzərdə tutulub.

Səfər iki gün davam edəcək.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt