Seninem.Az > Siyasət / Manşet Yuxarı > ABŞ Azərbaycan-Ermənistan danışıqlarını və sülh sazişinin bağlanmasını dəstəkləyir

ABŞ Azərbaycan-Ermənistan danışıqlarını və sülh sazişinin bağlanmasını dəstəkləyir


Tarix: 11-05-2022, 23:00. Müəllif: admin
ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqları və bu xüsusda sülh sazişinin bağlanmasını dəstəklədiyini vurğulayıb və bunun regionda davamlı sülhün təmin olunmasına töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib.

Leqal.info xəbər verir ki, Blinken bu barədə Prezident İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

Antoni Blinken, həmçinin ABŞ-ın Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat xətlərinin açılması prosesinə dəstək verməyə hazır olduğunu vurğulayıb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt