Seninem.Az > Siyasət / Manşet Yuxarı > Hikmət Hacıyev mayın 2-də Brüsseldə Armen Qriqoryanla görüşəcək

Hikmət Hacıyev mayın 2-də Brüsseldə Armen Qriqoryanla görüşəcək


Tarix: 29-04-2022, 19:14. Müəllif: admin
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşəcək.

Leqal.info "Azadlıq" radiosuna istinadən xəbər verir ki, görüş mayın 2-də Brüsseldə keçiriləcək.

Tərəflər Ermənistanla Azərbaycan arasında münasibətlər, eləcə də ölkə liderlərinin Brüsseldə görüşünün mümkünlüyünü müzakirə edəcəklər.

Xatırladaq ki, Azərbaycan və Ermənistanın yüksək vəzifəli rəsmilərinin əvvəlki görüşü martın 30-da Brüsseldə keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar iştirak ediblər.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt