Seninem.Az > Siyasət / Manşet Yuxarı > Azərbaycan və Rusiya XİN başçıları üçtərəfli bəyanatın icrasını müzakirə edib
Azərbaycan və Rusiya XİN başçıları üçtərəfli bəyanatın icrasını müzakirə edibTarix: 21-03-2022, 13:44. Müəllif: admin |
Martın 21-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Bu barədə Leqal.info-ya XİN-dən məlumat verilib. Bildirilib ki, tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər. Telefon danışığı zamanı nazirlər Ukrayna ətrafındakı vəziyyət, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. Geri Qayıt |