Seninem.Az > Siyasət / Manşet Yuxarı > Hikmət Hacıyev qanunsuz erməni silahlıları tərəfindən atəşkəsin pozulmasına münasibət bildirib
Hikmət Hacıyev qanunsuz erməni silahlıları tərəfindən atəşkəsin pozulmasına münasibət bildiribTarix: 11-03-2022, 21:32. Müəllif: admin |
"Qarabağda Ermənistanın qeyri-qanuni hərbi birləşmələri qalmaqdadır. Onlar tərəfindən də bəzən atəşkəsin pozulması halları müşahidə olunur". Leqal.info-nun xəbərinə görə, bunu Azərbaycanı Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Haber Global"a müsahibəsində deyib. Onun sözlərinə görə, Azərbaycan tərəfindən onların hər biri müşahidə edilir: "Azərbaycan Silahlı Qüvvələri tərəfindən də lazımi tədbirlər görülür. Eyni zamanda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə monitorinqlərimizi təqdim edirik ki, onların hər biri araşdırılsın və səbəbləri müəyyən edilsin". Prezidentin köməkçisi bildirib ki, belə halların olması təəssüfedicidir: "Vəziyyət tam nəzarətimiz altındadır". Geri Qayıt |