Seninem.Az > Siyasət / Manşet Yuxarı > Azərbaycan və Gürcüstanın Baş nazirləri arasında telefon danışığı olub
Azərbaycan və Gürcüstanın Baş nazirləri arasında telefon danışığı olubTarix: 14-02-2022, 14:30. Müəllif: admin |
Fevralın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub. Bu barədə Leqal.info-ya Nazirlər Kabinetindən məlumat verilib. Telefon danışığı zamanı Gürcüstanda baş vermiş zəlzələ ilə bağlı narahatçılıq və həmrəylik ifadə edilib. Eyni zamanda Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Geri Qayıt |