Seninem.Az > Siyasət / Manşet Yuxarı > Bakı Şəhər Baş Polis İdarəsinin rəisinə yeni köməkçi təyin edildi

Bakı Şəhər Baş Polis İdarəsinin rəisinə yeni köməkçi təyin edildi


Tarix: 13-02-2022, 17:50. Müəllif: admin
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisinə yeni köməkçi təyin edilib.

"Leqal.info"nun əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Şöbəsinin (PŞ) rəisi polis polkovniki Ayxan Bağırov vəzifəsindən azad olunaraq BŞBPİ-nin rəisinin şəxsi heyət üzrə köməkçisi təyin olunub.

Nazirin digər əmri ilə 29-cu PŞ-nin rəisi vəzifəsinə isə Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin rəis müavini Ramin Məmmədov təyin edilib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt