Seninem.Az > Siyasət / Manşet Yuxarı > Ceyhun Bayramov Ermənistan nümayəndəsinin əsassız iddialarını rədd edib

Ceyhun Bayramov Ermənistan nümayəndəsinin əsassız iddialarını rədd edib


Tarix: 19-01-2022, 18:00. Müəllif: admin
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda (TƏF) Ermənistan nümayəndəsinin əsassız iddialarına cavab verib.

Bu barədə Leqal.info-ya Xarici İşlər Nazirliyindən bildirilib.

İclasda C.Bayramov Azərbaycanın TƏF sədrliyini təbrik edən, rəsmi Bakının prioritetlərini dəstəkləyən və bu istiqamətdə Azərbaycanla birgə işləməyə hazır olduğunu ifadə edən bütün iştirakçılara minnətdarlığını ifadə edib, səsləndirilən bir sıra rəy və təkliflərə münasibət bildirib.

Eyni zamanda, nazir müzakirələr zamanı Ermənistan nümayəndəsi tərəfindən səsləndirilən əsassız iddiaları rədd edib və Azərbaycanın regional təhlükəsizliklə bağlı beynəlxalq hüquqa əsaslanan mövqeyi iştirakçıların diqqətinə çatdırıb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt