Seninem.Az > Siyasət / Manşet Yuxarı > Sabah Brüsseldə Prezident İlham Əliyev və NATO-nun Baş katibi arasında görüş olacaq
Sabah Brüsseldə Prezident İlham Əliyev və NATO-nun Baş katibi arasında görüş olacaqTarix: 13-12-2021, 17:30. Müəllif: admin |
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də Belçikanın paytaxtı Brüsselə səfər edəcək. Leqal.info xəbər verir ki, məlumatı NATO-nun rəsmi saytı yayıb. Bildirilib ki, səfər zamanı dövlət başçısı Şimali Atlantika Şurasının iclasında iştirak edəcək. Bundan başqa, sabah Alyansın mənzil qərargahında Prezident İlham Əliyevlə NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş olacaq. Görüşdən sonra liderlər mətbuat konfransı keçirəcəklər. Geri Qayıt |