Seninem.Az > Gündəm / Manşet Yuxarı > Azərbaycanda "iç-içə" evlərin inşası qadağan olunub

Azərbaycanda "iç-içə" evlərin inşası qadağan olunub


Tarix: 13-12-2021, 13:51. Müəllif: admin
Azərbaycanda yaşayış binalarında otaqların və mətbəxin hündürlüyü 2,7 m-dən az olmamalıdır.

Leqal.info xəbər verir ki, bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda əksini tapıb.

Bundan başqa, sənədə əsasən, mansarda mərtəbələrinin yüksək hissəsində hündürlüyü (döşəmədən tavanadək) 2,7 m-dən az olmamalıdır.

Mənzildaxili dəhlizlərin, holların, antresolların (və onların alt hissələrinin) hündürlükləri insanların hərəkətinin təhlükəsizliyini təmin etmək şərtilə 2,1 m-dən az olmamalıdır.

Həmçinin mənzillərdə yataq otaqları digər otağa keçid kimi layihələndirilməməlidir.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt