Seninem.Az > Siyasət / Manşet Sağ > Azərbaycanın Vatikanda səfirliyi təsis edilib
Azərbaycanın Vatikanda səfirliyi təsis edilibTarix: 22-11-2021, 15:24. Müəllif: admin |
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda səfirliyinin təsis edilməsi haqqında” qanunu imzalayıb. Leqal.info-nun xəbərinə görə, qanuna əsasən, Azərbaycan Müqəddəs Taxt-Tacda (Vatikan) səfirlik açır. Bundan başqa, Prezident İlham Əliyev noyabrın 22-də Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycanın Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini və digər məsələləri həll etməlidir. Azərbaycan Xarici İşlər Nazirliyinə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etmək tapşırılıb. Geri Qayıt |