Seninem.Az > Siyasət / Manşet Yuxarı > Rusiya Azərbaycanla Ermənistanı sərhədin delimitasiyasına başlamağa çağırıb

Rusiya Azərbaycanla Ermənistanı sərhədin delimitasiyasına başlamağa çağırıb


Tarix: 17-11-2021, 20:00. Müəllif: admin
"Rusiya Azərbaycan – Ermənistan sərhədinin delimitasiyasına tezliklə başlamağı vacib hesab edir".

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

“Son hadisələr Azərbaycan – Ermənistan sərhədinin delimitasiyası, daha sonra da demarkasiyası ilə bağlı işlərə ən tez zamanda başlamağın, aidiyyəti komissiyanın işə başlamasının vacibliyini göstərir” – deyə o bildirib.

“Rusiya vəziyyəti dinc məcraya yönəltmək üçün həm Azərbaycan, həm də Errmənistanla təmasdadır” – deyə Kreml rəsmisi vurğulayıb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt