Seninem.Az > Siyasət / Manşet Yuxarı > BMTM-nin sədri: "Ermənistan öhdəlik sözünü qeyri-ciddi qəbul edir"
BMTM-nin sədri: "Ermənistan öhdəlik sözünü qeyri-ciddi qəbul edir"Tarix: 4-10-2021, 13:34. Müəllif: admin |
“Qars müqaviləsi hələ də qüvvədə olan bir sənəddir. Sənədin çox böyük əhəmiyyəti var”. Leqal.info-nun xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Qars Müqaviləsinin 100-cü ildönümündə Cənubi Qafqazda geosiyasi vəziyyət” adlı konfransda çıxışı zamanı deyib. Daha sonra 10 noyabr Bəyanatından söz açan F.Şəfiyev bildirib ki, Ermənistan öhdəlik sözünü qeyri-ciddi qəbul edir: “Bir il hələ keçməyib, 10 noyabr Bəyanatının 9-cu bəndində yer alan Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələni başqa istiqamətə yozmaq istəyirlər. Buradan da görünür ki, onlar üçün öhdəlik deyilən bir anlayış yoxdur”. Geri Qayıt |