Seninem.Az > Siyasət / Manşet Sağ > Prezident Bakıda avtomobil yollarının yenidən qurulmasına 5 milyon manat ayırıb
Prezident Bakıda avtomobil yollarının yenidən qurulmasına 5 milyon manat ayırıbTarix: 16-09-2021, 16:00. Müəllif: admin |
Prezident İlham Əliyev Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Leqal.info-nun xəbərinə görə, sərəncamla Bakı şəhəri Xəzər rayonunun Binə, Buzovna və Qala qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Geri Qayıt |