Seninem.Az > Siyasət / Manşet Yuxarı > Zakir Həsənov Rusiya sülhməramlılarının komandanı ilə görüşüb
Zakir Həsənov Rusiya sülhməramlılarının komandanı ilə görüşübTarix: 10-09-2021, 19:00. Müəllif: admin |
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı vəzifəsini başa vuran general-leytenant Rüstəm Muradov ilə görüşüb. Bu barədə Leqal.info-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, general-leytenant R.Muradov Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə yeni təyin olunan general-mayor Mixail Kosobokovu müdafiə nazirinə təqdim edib. Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib. Geri Qayıt |