Seninem.Az > Siyasət / Manşet Yuxarı > Azərbaycanda üç rayona yeni polis rəisi təyin edilib

Azərbaycanda üç rayona yeni polis rəisi təyin edilib


Tarix: 31-08-2021, 17:09. Müəllif: admin
Daxili işlər orqanlarında yeni kadr təyinatları olub.

Leqal.info-nun əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) rəisi Eldar İlyasov vəzifəsindən azad edilərək, Qusar Rayon Polis Şöbəsinə (RPŞ) rəis, Səbail RPİ-nin rəisi Cavid Muradov vəzifəsindən azad olunaraq, Sabunçu RPİ-nə rəis təyin edilib.

Bundan başqa, Samux RPŞ-nin rəisi Polad Qarayev vəzifəsindən azad edilərək, Cəlilabad RPŞ-nə rəis təyin olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti “Report”a faktı təsdiqləyib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt