Seninem.Az > Siyasət / Manşet Yuxarı > MN: "Azərbaycan sülhməramlılarının həyatı üçün hazırda təhlükə yoxdur"
MN: "Azərbaycan sülhməramlılarının həyatı üçün hazırda təhlükə yoxdur"Tarix: 16-08-2021, 15:30. Müəllif: admin |
"Kabul beynəlxalq hava limanının Azərbaycan sülhməramlılarının mühafizə və müdafiə etdikləri sektorunda hazırda gərginlik mövcud deyil". Leqal.info-nun xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib. Vurğulanıb ki, şəxsi heyətin həyatı üçün heç bir təhlükə yoxdur: "Bölgədə mövcud gərgin vəziyyətdən asılı olmayaraq Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir". Geri Qayıt |