Seninem.Az > Siyasət / Manşet Yuxarı > Türkiyənin hakim partiyasının nümayəndə heyəti Azərbaycana səfər edəcək
Türkiyənin hakim partiyasının nümayəndə heyəti Azərbaycana səfər edəcəkTarix: 22-07-2021, 13:59. Müəllif: admin |
"İyulun 25-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndə heyəti Azərbaycana səfər edəcək". Leqal.info-nun xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib. Onun sözlərinə görə, nümayəndə heyətinin üzvlərinin Bakıda rəsmi şəxslərlə görüşü nəzərdə tutulur: "İyulun 28-də isə Gəncə şəhərində birgə konfrans keçiriləcək. Konfransda Şuşa Bəyannaməsindən irəli gələn məsələlər müzakirə olunacaq". Geri Qayıt |