Seninem.Az > Siyasət / Manşet Yuxarı > Ermənistan NATO-nun təlimlərinə qatılmayacaq
Ermənistan NATO-nun təlimlərinə qatılmayacaqTarix: 21-07-2021, 16:00. Müəllif: admin |
Ermənistan hərbçiləri NATO-nun Gürcüstanda keçiriləcək “Agile Spirit 2021” (“Çevik ruh 2021”) adlı təlimlərində iştirak etməyəcək. Leqal.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindən “Sputnik Armeniya”ya bildiriblər. Məlumata görə, sayca 10-cu çoxmillətli təlim iyulun 26-dan avqustun 6-dək keçiriləcək. Tədbirdə ABŞ, Gürcüstan, Türkiyə, Azərbaycanla yanaşı NATO-ya üzv 13 ölkə də iştirak edəcək. Qeyd edək ki, Ermənistan hərbçiləri ötən illərdə belə təlimlərdə dəfələrlə iştirak edib. Geri Qayıt |