Seninem.Az > Siyasət / Manşet Yuxarı > Ceyhun Bayramov Türkiyəyə səfərə gedib
Ceyhun Bayramov Türkiyəyə səfərə gedibTarix: 17-06-2021, 14:40. Müəllif: admin |
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyə Respublikasına yola düşüb. Bu barədə Leqal.info-ya Xarici İşlər Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Antalya Diplomatiya Forumunda çıxışı, habelə həm Türkiyə tərəfinin rəsmiləri, həm də Forumda iştirak edən xarici nümayəndələr ilə çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur. Geri Qayıt |