Seninem.Az > Aktual / Manşet Yuxarı > Hökumət dövlət və bələdiyyə uşaq evləri ilə bağlı qaydaları təsdiqləyib

Hökumət dövlət və bələdiyyə uşaq evləri ilə bağlı qaydaları təsdiqləyib


Tarix: 27-04-2021, 13:22. Müəllif: admin
Nazirlər Kabineti uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair qaydaları təsdiq edib.

Leqal.info xəbər verir ki, hökumətin qərarı ilə valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3 yaşından 18 yaşınadək uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu və müəssisələri tərk etməsi qaydaları müəyyən edilmiş, müəssisələrdə uşaqlara xidmətin təşkili, onların təminatı və yaşayış şəraiti ilə bağlı məsələlər tənzimlənib.

Eyni zamanda qərarda uşaqların müəssisələrə qəbulu və müəssisələri tərk etməsinə dair zəruri sənədlərin siyahısı təkmilləşdirilib, müəssisəyə qəbul edilmiş uşaqların hüquq və vəzifələri müəyyənləşdirilib.

Dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrində uşaqlar münasib yaşayış şəraiti ilə təmin edilirlər. Həmin müəssisələrdə xidmətlər psixoloqlar, sosial işçilər və sosial xidmətçilər tərəfindən həyata keçirilir.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt