Seninem.Az > Siyasət / Manşet Yuxarı > Ermənistan ordusu da təlimlərə başlayır

Ermənistan ordusu da təlimlərə başlayır


Tarix: 12-03-2021, 17:55. Müəllif: admin
Ermənistan Silahlı Qüvvələri 7,5 min əsgərin iştirakı ilə təlimlər keçirəcək.

Leqal.info xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Silahlı Qüvvələrin 2021-ci il hazırlıq planına əsasən, 16-20 mart tarixlərində taktiki və taktiki-peşəkar təlimlər keçiriləcək. Təlimlərdə ümumqoşun və xüsusi təyinatlı bölmələrin iştirak edəcəyi bildirilir.

Təlimlərə təxminən 7,5 min hərbi, 200-ə yaxın raket və artilleriya, 150 tank əleyhinə sistem, 100-ə yaxın zirehli texnika, 90 hava hücumundan müdafiə bölməsi qatılacaq.

Təlimlərdə Hərbi Hava Qüvvələrinin də iştirak edəcəyi bildirilib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt