Seninem.Az > Siyasət / Manşet Yuxarı > YAP-da Veteranlar Şurası yaradıldı
YAP-da Veteranlar Şurası yaradıldıTarix: 5-03-2021, 13:27. Müəllif: admin |
|
Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında Veteranlar Şurası yaradılıb. Leqal.info-nun əldə etdiyi məlumata görə, Şuraya 35 nəfər üzv seçilib. Sədr isə qocaman YAP-çı Arif Rəhimzadə olub. Əvvəlki İdarə Heyətindən və Siyasi Şuradan uzaqlaşdırılan yaşlı YAP-çılar Veteranlar Şurasında cəmlənib. Bundan əlavə, yeni İdarə Heyəti yaradılaraq 40 nəfər üzv seçilib. Yeni İdarə Heyətinin tərkibi əsasən, YAP-ı Milli Məclisdə təmsil edən şəxslərdən formalaşdırılıb. Qurumun Siyasi Şurası buraxılıb və yeni Nəzarət Təftiş Komissiyası yaradılıb. Komissiyanın tərkibi 35 nəfərdən ibarət olacaq. Geri Qayıt |