Seninem.Az > Siyasət / Manşet Sağ > Prezidentdən əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı sərəncam
Prezidentdən əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı sərəncamTarix: 5-02-2021, 18:30. Müəllif: admin |
Prezident İlham Əliyev əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. Leqal.info xəbər verir ki, sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılır ki, 2021-ci il 1 yanvar tarixinə 2020-ci il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2021-ci il 1 yanvar tarixinədək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin; istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində 2021-ci il 1 yanvar tarixinədək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Geri Qayıt |