Seninem.Az > Siyasət / Manşet Sağ > Prezident ona general rütbəsi verdi

Prezident ona general rütbəsi verdi


Tarix: 20-11-2020, 20:25. Müəllif: admin
Prezident İlham Əliyev Kənan Seyidova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Leqal.info-nun xəbərinə görə, sərəncama əsasən, Kənan Əlihüseyn oğlu Seyidova general-mayor ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, Kənan Seyidov 2003-cü ildə, kapitan qismində "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. 11 il sonra, 2014-cü ildə isə Kənan Seyidov artıq polkovnik-leytenant qismində təltif olunub. O, İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalına layiq görülub.

2016-cı ildə isə polkovnik-leytenant kimi Kənan Seyidov Aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə, "İgidliyə görə" medalı alıb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt