Seninem.Az > Siyasət / Manşet Yuxarı > Cəbrayıl və Qubadlı rayon polis şöbələri şəhər mərkəzinə köçürülüb

Cəbrayıl və Qubadlı rayon polis şöbələri şəhər mərkəzinə köçürülüb


Tarix: 12-11-2020, 14:20. Müəllif: admin
"Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" fərmanına uyğun olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir".

Bunu “Leqal.info”ya Milli Məclisə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilmiş Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, artıq Cəbrayıl və Qubadlı rayon polis şöbələri işğaldan azad edilmiş Cəbrayıl və Qubadlı şəhərinin mərkəzinə yerləşdirilib: “Həmin rayonların polis şöbələrinin rəisləri isə hərbi komendantlar təyin edilib”.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt