Seninem.Az > Siyasət / Manşet Yuxarı > Ermənistanda müxalifət rəhbəri saxlanıldı
Ermənistanda müxalifət rəhbəri saxlanıldıTarix: 11-11-2020, 17:48. Müəllif: admin |
Müxalif “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qaqik Tsarukyan saxlanılıb. Leqal.info-nun “Sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, o, Milli Təhlükəsizlik Xidmətinə aparılıb. Bu barədə partiyanın mətbuat katibi İveta Tonoyan ölkədə 17 müxalif siyasi qüvvənin mitinqi başlamazdan əvvəl jurnalistlərə açıqlamasında bildirib: “Hakimiyyət qorxu və əskiklik kompleksini aradan qaldırmaq əvəzinə bir daha Tsarukyanı tutur. Hamı yaxşı başa düşür ki, bu sənədin imzalanmasından sonra (Qarabağla bağlı üçtərəfli bəyanat - red.) məsuliyyəti başqalarına yükləməyə çalışır”. Tonoyan Ermənistan rəhbərliyinin siyasi repressiya yoluna üz tutduğunu qeyd edib. Geri Qayıt |