Seninem.Az > Siyasət / Manşet Yuxarı > Ermənistanda daha bir yüksək rütbəli hərbçi işdən çıxarıldı

Ermənistanda daha bir yüksək rütbəli hərbçi işdən çıxarıldı


Tarix: 26-10-2020, 18:54. Müəllif: admin
Ermənilər tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı gedən hərbi əməliyyatlarda ard-arda məğlub olan Ermənistan rəhbərliyi ölkənin güc strukturlarında dəyişikliyə davam edir.

Leqal.info xəbər verir ki, bu dəfə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının komandanı, polkovnik Vaginak Sarkisyan vəzifəsindən azad edilib. Bu barədə müvafiq fərman Ermənistan Prezidenti Armen Sarkisyan tərəfindən imzalanıb.

Prezidentin digər bir sərəncamı ilə bu posta Arman Maralçyan təyin olunub.

Qeyd edək ki, V. Sarkisyan bu vəzifəyə 2018-ci ildə təyin edilmişdi.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt