Seninem.Az > Siyasət / Manşet Yuxarı > Ermənistanın “Malış” ləqəbli terrorçusu da öldürüldü
Ermənistanın “Malış” ləqəbli terrorçusu da öldürüldüTarix: 13-10-2020, 10:30. Müəllif: admin |
Xəbər verdiyimiz kimi, işğalçı Ermənistan tərəfi bu gün həlak olan daha 96 hərbçinin adlarını açıqlayıb. Leqal.info-nun məlumatına görə, siyahıdan məlum olub ki, sentyabrın 27-dən Azərbaycanın Qarabağ bölgəsində başlayan döyüşlərdə tanınmış erməni terrorçu, “Malış” ləqəbli Mqer Arutyunyan da zərərsizləşdirilib. Ermənilərin sosial şəbəkələrdə yazdıqlarından bu da bəlli olub ki, terrorçu oktyabrın 9-da məhv edilib. Məlumata görə, 1973-cü il təvəllüdlü M. Arutyunyan hələ 1991-1994-cü illərdə, eləcə də 2016-cı il Aprel hadisələri zamanı işğalçı Ermənistan ordusunun tərkibində vuruşub. Geri Qayıt |