Seninem.Az > Siyasət / Manşet Yuxarı > Paşinyanın baş müşaviri Azərbaycanın dinc əhalisinin bilərəkdən vurulduğunu etiraf etdi

Paşinyanın baş müşaviri Azərbaycanın dinc əhalisinin bilərəkdən vurulduğunu etiraf etdi


Tarix: 6-10-2020, 22:20. Müəllif: admin
Ermənistanın Baş naziri Nikol Paşinyanın baş müşaviri Vaqarşak Arutyunyan işğalçı ordusunun riyakarlığını sübuta yetirən açıqlamalar verib.

“Rossiya 1” kanalına müsahibəsi zamanı V.Arutyunyan Azərbaycanın dinc əhalisinin bilərəkdən hədəf seçildiyini etiraf edib.

“İndi biz taktika hazırlamışıq ki, artilleriya zərbələri endirək, Hərbi hava hücumundan müdafiə sistemlərini sıradan çıxaraq, daha sonra isə dinc əhalinin yaşadığı ərazilərə zərbələr endirərək təşviş yaradaq”, - deyə V.Arutyunyan bildirib.

Qeyd edək ki, V.Arutyunyanın bu ifadəsindən dərhal sonra süjet kəsilib və xeyriyyəçilik aksiyalarına diqqət yetirilib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt