Seninem.Az > Siyasət / Manşet Yuxarı > “Yalnız bu gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb”

“Yalnız bu gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb”


Tarix: 2-10-2020, 22:12. Müəllif: admin
"Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini qəsdən hədəfə almaqda davam edir. Yalnız bu gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb. Bu vəhşilik, barbarlıq və insanlığa yaraşmayan hərəkətdir".

Bunu "Qafqazinfo"ya açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistanın beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının müddəalarını kobud surətdə pozan bu hərəkəti müharibə cinayətidir.

"Bildiririk ki, Azərbaycan silahlı qüvvələri tərəfindən adekvat cavab tədbirləri həyata keçiriləcəkdir", -deyə H.Hacıyev vurğulayıb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt