Seninem.Az > Siyasət / Manşet Sağ > Prezident onu idarə heyətinə sədr təyin etdi

Prezident onu idarə heyətinə sədr təyin etdi


Tarix: 19-08-2020, 21:00. Müəllif: admin
Prezident Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı daha bir sərəncam verib.

Leqal.info xəbər verir ki, sərəncama əsasən, Mətin Balasən oğlu Eynullayev Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri təyin edilib.

Qeyd edək ki, AİH-nin Müşahidə Şurasının sədri Əli Əsədovdur.

Xatırladaq ki, 45 yaşlı Mətin Eynullayev 2017-ci ildə Təhsil nazirinin, 2018-ci ildən isə Vergilər nazirinin müavini işləyib.

Prezident onu idarə heyətinə sədr təyin etdi

скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt