Seninem.Az > Siyasət / Manşet Yuxarı > Ermənistanın iki yüksək rütbəli zabiti öldürüldü

Ermənistanın iki yüksək rütbəli zabiti öldürüldü


Tarix: 14-07-2020, 15:05. Müəllif: admin
Azərbaycanla sərhəddə gedən döyüşlərdə Ermənistan Silahlı Qüvvələrinin iki yüksək rütbəli zabiti öldürülüb.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib.

O qeyd edib ki, Ermənistan Silahlı Qüvvələrinin mayoru Qaruş Ambartsumyan və kapitan Sos Elbakyan öldürülüb.

Qeyd edək ki, iyulun 12-dən etibarən Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Tovuz rayonu ərazisində təxribatlar törədir. Hazırda sözügedən ərazidə döyüşlər davam edir.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt