Seninem.Az > Siyasət / Manşet Yuxarı > "Belarus COVID-19-a qarşı mübarizəyə görə Azərbaycana minnətdardır"
"Belarus COVID-19-a qarşı mübarizəyə görə Azərbaycana minnətdardır"Tarix: 25-06-2020, 14:20. Müəllif: admin |
"Azərbaycan ilə Belarus yeni koronavirus pandemiyası dövründə iqtisadi əlaqələrini dərinləşdirmək baxımından nümunə sayıla bilər". “Leqal.info” xəbər verir ki, bunu “Pandemiyadan sonrakı dövrdə Azərbaycan – Belarus münasibətləri” vebinarında Belarus Strateji Araşdırmalar İnstitutunun sədri Oleq Makarov bildirib. “Aramızdakı münasibətlərdə rəqabət yox, bir-birini tamamlamaq, qarşılıqlı fayda var. Münasibətlərimizdə hansısa pozulma nöqtəsi görmürük. Dünya bazarlarının tənəzzül etdiyi bir vaxtda Azərbaycan ilə Belarus nümunə təşkil edə bilər. Bizim risqlərdən çox üstünlüklərimiz var”, – o deyib. Politoloq həmçinin Belarusa yeni koronavirusa qarşı mübarizədə verdikləri dəstəyə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib: “Məsafə baxımdan uzaq olsaq da, ölkələrimiz bir-birinə çox yaxındır. Bunun amilləri arasında prezidentlərimizin şəxsi təşəbbüsləri və münasibətləri də qeyd edilməlidir”. Geri Qayıt |