Seninem.Az > Siyasət / Manşet Yuxarı > Sərtləşdirilmiş karantin günlərində bu sahələrin işləməsinə icazə verildi
Sərtləşdirilmiş karantin günlərində bu sahələrin işləməsinə icazə verildiTarix: 19-06-2020, 17:12. Müəllif: admin |
|
Sərtləşdirilmiş karantin rejimində fəaliyyətinə icazə verilən sahələrin siyahısı açıqlanıb. "Leqal.info" xəbər verir ki, siyahını Baş Nazir Əli Əsədov təsdiqləyib. Fəaliyyətinə icazə verilən sahələrin siyahısı aşağıdakı kimidir: 1. Səhiyyə və sosial sahə üzrə: 1.1. elmi tədqiqat və laborator xidmətləri; 1.2. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər; 1.3. baytarlıq xidmətləri; 1.4. tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı; 1.5. sosial xidmətlər; 1.6. sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti. 2. İnfrastruktur sahəsi üzrə: 2.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması); 2.2. elektrik enerjisinin istehsalı və təchizatı; 2.3. su təsərrüfatı və meliorasiya; 2.4. telekommunikasiya və rabitə xidmətləri. 3. Nəqliyyat və logistika sahəsi üzrə: 3.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları; 3.2. dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri; 3.3. logistika xidmətləri; 3.4. ictimai nəqliyyat və taksi xidmətləri. 4. Əsas istehsalat növləri: 4.1. müdafiə sənayesi məhsullarının istehsalı; 4.2. neft avadanlıqları və qurğularının istehsalı; 4.3. qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı; 4.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı; 4.5. kimyəvi məhsulların istehsalı; 4.6. kənd təsərrüfatı məhsullarının toplanması, istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti; 4.7. əkinçilik, növbəli suvarma, bitki mühafizə xidməti və məhsul yığımı; 4.8. neft və qazın hasilatı, emalı, saxlanması və satışı; 4.9. neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi; 4.10. metallurgiya sənayesi üzrə fəaliyyət; 4.11. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri; 4.12. mühəndislik və layihələndirmə xidmətləri; 4.13. mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri; 4.14. qablaşdırma məhsullarının istehsalı; 4.15. daş, metal və taxta məhsullarının istehsalı; 4.16. mebel istehsalı və təmiri; 4.17. diri heyvanların kəsimi. 5. Pərakəndə və topdan satış üzrə: 5.1. ərzaq məhsullarının satış məntəqələri; 5.2. apteklər; 5.3. yanacaqdoldurma məntəqələri; 5.4. zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri; 5.5. tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri; 5.6. onlayn satışlar. 6. Məişət xidmətləri üzrə: 6.1. məişət tullantılarının yığılması və utilizasiyası; 6.2. kimyəvi təmizləmə; 6.3. mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi; 6.4. avtomobillərin təmiri; 6.5. avtomobil yuyulma məntəqələri; 6.6. heyvan sığınacaqları. 7. Kütləvi informasiya vasitələri. 8. Maliyyə təşkilatları üzrə: 8.1. banklar və bank olmayan kredit təşkilatları, lombardlar; 8.2. investisiya şirkətləri, fond birjaları; 8.3. sığorta təşkilatları; 8.4. ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar. 9. Xüsusi xidmət növləri üzrə: 9.1. çatdırılma xidmətləri; 9.2. tərcümə xidmətləri; 9.3. poçt xidmətləri; 9.4. dezinfeksiya xidmətləri. 10. Vəkillik fəaliyyəti. Geri Qayıt |