Seninem.Az > Siyasət / Manşet Yuxarı > Baş Nazir xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar imzaladı

Baş Nazir xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar imzaladı


Tarix: 19-06-2020, 16:55. Müəllif: admin
Baş Nazir Əli Əsədov Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb.

"Leqal.info" xəbər verir ki, qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 avqust saat 00:00-dək uzadılıb.

Qərarla “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarının 1-ci hissəsində “15 iyul” sözləri “1 avqust” sözləri ilə əvəz edilib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt