Seninem.Az > Siyasət / Manşet Yuxarı > Azərbaycana giriş-çıxışa tətbiq olunan məhdudiyyət uzadıldı
Azərbaycana giriş-çıxışa tətbiq olunan məhdudiyyət uzadıldıTarix: 9-06-2020, 18:48. Müəllif: admin |
Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 1 iyul 2020-ci il tarixinədək uzadılır. Bu barədə "Leqal.info"ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində dövlət sərhədində giriş-çıxışa müvəqqəti olaraq tətbiq edilən məhdudiyyətin və beynəlxalq uçuşların təxirə salınma müddəti artırılıb. COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 1 iyul 2020-ci il tarixədək uzadılıb. Geri Qayıt |