Seninem.Az > Siyasət / Manşet Yuxarı > Vilyam Hacıyevin evindən çıxanlar
Vilyam Hacıyevin evindən çıxanlarTarix: 7-05-2020, 15:10. Müəllif: admin |
İmişli Rayon İcra Hakimiyyətinin həbs edilən başçısı Vilyam Hacıyevin evindən külli miqdarda xarici və milli valyutada olan pul vəsaitləri aşkarlanıb. Leqal.info-nun verdiyi xəbərə görə, bu fakt DTX-nin keçirdiyi əməliyyat zamanı çəkilişdə qeydə alınıb. Belə ki, V.Hacıyevin evində qutuda xüsusi qablaşdırılmış bir neçə “paçka”da pul vəsaitləri aşkarlanıb. Onlardan birinin üzərindəki qeyddən görünür ki, 1 bağlamada 500 min avro pul olub. Onun evinin qarajında 10 PR 777 nömrəli “Bentley” və 90 KH 900 nömrəli “Range Rover” markalı lüks avtomobillər də qeydə alınıb. (Qafqazinfo) Geri Qayıt |