Seninem.Az > Siyasət / Manşet Sağ > Koronavirusla bağlı modul tipli 6 xəstəxana quraşdırılır
Koronavirusla bağlı modul tipli 6 xəstəxana quraşdırılırTarix: 7-04-2020, 20:31. Müəllif: admin |
Prezident İlham Əliyev "Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. "Leqal.info"nun xəbərinə görə, sərəncamla hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğin 14,8 milyon (on dörd milyon səkkiz yüz min) manatı Maliyyə Nazirliyinə ayrılıb. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Geri Qayıt |