Seninem.Az > Siyasət / Manşet Yuxarı > YAP ödənişsiz efir vaxtından imtina etdi

YAP ödənişsiz efir vaxtından imtina etdi


Tarix: 17-01-2020, 14:15. Müəllif: admin
Hakim Yeni Azərbaycan Partiyası (YAP) fevralın 9-da keçiriləcək parlament seçkilərinin təşviqat mərhələsində ödənişsiz efir vaxtından istifadə etməyəcək.

“Leqal.info”nun xəbərinə görə, YAP parlament seçkilərinin təşviqat mərhələsində İTV-nin pulsuz efir vaxtından istifadə etməyəcəyi ilə bağlı müvafiq qərar qəbul edib.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, 60-dan çox seçki dairəsindən namizədləri qeydə alınan siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziya və Radioda efir vaxtı ayrılır, o cümlədən dövlətdən maliyyələşən dövrü mətbuatda pulsuz təşviqat aparmaq üçün şərait yaradılır. YAP-ın 123 deputatlığa namizədi qeydə alınıb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt