Seninem.Az > Siyasət / Manşet Yuxarı > Azərbaycan sərhədçisi
Azərbaycan sərhədçisiTarix: 7-01-2020, 18:40. Müəllif: admin |
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədiblər. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Leqal.info"ya verilən məlumata görə, 2020-ci il yanvarın 7-si saat 14:56 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçi əsgər Fərzəliyev Fərzəli Əlimürsəl oğlu şəhid olub. Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və digər rəhbər vəzifəli zabitlər hazırda hadisə yerindədirlər, Hərbi Prokurorluq ilə birgə zəruri tədbirlər həyata keçirilir. Geri Qayıt |