Seninem.Az > Siyasət / Manşet Yuxarı > Namizədin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsi bu TARİXDƏN başlayacaq
Namizədin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsi bu TARİXDƏN başlayacaqTarix: 7-12-2019, 14:28. Müəllif: admin |
Növbədənkənar parlament seçkilərində namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri dekabrın 21-dən başlayaraq yanvarın 10-u saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir. Leqal.info-nun məlumatına görə, bu barədə məsələ "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb. Seçkiqabağı təşviqatın aparılmasına isə yanvarın 17-də başlanacaq və təşviqat 8 fevral saat 08:00-da dayandırılacaq. Azərbaycanda parlament seçkilərində exit-poll keçirmək niyyətində olan təşkilatlar akkreditasiya üçün sənədlərini yanvarın 20-dək Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər. Yanvarın 30-dək isə onların qeydiyyata alınması başa çatmalıdır. Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası bu gündən növbədənkənar parlament seçkisi prosesinə start verib. Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək. Geri Qayıt |