Seninem.Az > Siyasət / Manşet Yuxarı > Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edə bilərlər
Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edə bilərlərTarix: 7-12-2019, 12:00. Müəllif: admin |
Prezident İlham Əliyevin növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı sərəncamı rəsmi şəkildə ictimaiyyətə çatdırılıb və seçilmək arzusunda olan vətəndaşlar namizədliklərini irəli sürə bilərlər. Leqal.info-nun məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycan Televiziyasına məlumat verib. MSK sədri qeyd edib: “Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edib müvafiq sənədləri götürüb öz fəaliyyətlərinə başlaya bilərlər”. M.Pənahov bildirib ki, MSK-nın iclasında növbədənkənar parlament seçkiləri ilə bağlı məsələlərə baxılacaq, müvafiq işçi qrupları yaradılacaq və seçkilərlə bağlı Təqvim planı təsdiq olunacaq. Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək. Geri Qayıt |