Seninem.Az > Siyasət / Manşet Sağ > Fuad Ələsgərov, Natiq Əmirov və Zeynal Nağdəliyev yenidən Prezidentin köməkçiləri - şöbə müdirləri təyin edildilər
Fuad Ələsgərov, Natiq Əmirov və Zeynal Nağdəliyev yenidən Prezidentin köməkçiləri - şöbə müdirləri təyin edildilərTarix: 29-11-2019, 17:44. Müəllif: admin |
Fuad Murtuz oğlu Ələsgərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri təyin edilib. "Leqal.info"nun məlumatına görə, Prezident İlham Əliyev noyabrın 29-da bununla bağlı sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Natiq Ərziman oğlu Əmirov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri təyin edilib. Prezident İlham Əliyevin daha bir sərəncamı ilə Zeynal Səfər oğlu Nağdəliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin müdiri təyin edilib. Geri Qayıt |