Seninem.Az > Siyasət / Manşet Yuxarı > "Ölkədə islahatların həyata keçirilməsinə YAP öz töhfələrini verir və bundan sonra da verəcək"

"Ölkədə islahatların həyata keçirilməsinə YAP öz töhfələrini verir və bundan sonra da verəcək"


Tarix: 28-11-2019, 15:17. Müəllif: admin
"İnsanlar Prezidentin həyata keçirdiyi islahatların nəticəsini görür. Bu islahatların həyata keçirilməsinə YAP öz töhfələrini verir və bundan sonra da verəcək".

"Leqal.info" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov YAP-ın Siyasi Şurasının bugünkü iclası ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O vurğulayıb ki, 2019-cu ili islahatların daha dinamik aparıldığı il hesab etmək olar:

"2019-cu ildə hamının məmnunluğuna səbəb olan sosial paket həyata keçirilib. Digər tərəfdən kadr islahatları aparılıb və insanların məmnunluğu ilə qarşılanıb. Prezident tərəfindən həyata keçirilən islahatlar sistemli geniş əhatəli xarakter alıb".скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt